İSTİFADƏ ŞƏRTLƏRİ

AIDA rəqəmsal köməkçisi – İstifadə şərtləri (bundan sonra – Şərtlər) yalnız Heydər Əliyev Beynəlxalq Aeroportunun (bundan sonra – Aeroport) AIDA rəqəmsal köməkçisindən istifadəyə aiddir. Bu Şərtlər “airport.az” veb-saytının AIDA-dan kənar funksiyalarının ümumi istifadə şərtlərini əvəz etmir.

1. Xidmət

AIDA sərnişinlərə uçuşlar, Aeroport xidmətləri və səfərlə bağlı ümumi məlumat və rəqəmsal dəstək təqdim edir. Xidmət Aeroport tərəfindən inteqrasiya olunmuş kanallar, o cümlədən WhatsApp və Telegram vasitəsilə təqdim oluna bilər.

AIDA-dan istifadə etmək üçün ayrıca hesab yaratmaq, qeydiyyatdan keçmək və ya parol təyin etmək tələb olunmur. AIDA-dan istifadə zamanı bu Şərtlər  tətbiq olunur.

2. AIDA-nın təqdim etdiyi funksiyalar

Yalnız Heydər Əliyev Beynəlxalq Aeroportu (“Aeroport”) ilə əlaqədar:

• uçuşlar və onların statusu barədə məlumat, habelə istifadəçinin seçimi əsasında həmin uçuşlar üzrə bildirişlər;

• terminal, qeydiyyat, baqaj, nəqliyyat, parklanma və digər Aeroport xidmətləri barədə məlumat;

• tez-tez verilən suallara cavab və uyğun rəsmi məlumat mənbəyinə yönləndirmə.

3. AIDA-nın təqdim etmədiyi xidmətlər

• bilet satmır, bilet rezervasiyası yaratmır və ya dəyişmir;

• ödəniş, ödənişlərin geri qaytarılması və ya kompensasiya əməliyyatları aparmır;

• viza, sərhəd, gömrük, miqrasiya, polis və ya təhlükəsizlik məsələləri üzrə, habelə "Azərbaycan Hava Yolları" QSC adından rəsmi qərarlar qəbul etmir və belə qərarların qəbul edilməsində iştirak etmir;

• təcili yardım və ya fövqəladə hallar üzrə müraciətlərin qəbulu üçün nəzərdə tutulmayıb;

• hüquqi, tibbi və ya maliyyə məsləhətləri vermir.

4. Uçuş məlumatları və AI cavabları

AIDA Aeroporta gələn və Aeroportdan yola düşən uçuşların vaxtı, statusu, terminalı, minik qapısı və digər əməliyyat məlumatlarını Aeroportun və təsdiqlənmiş rəsmi mənbələrin məlumatları əsasında təqdim edir. Uçuş məlumatları əməliyyat dəyişiklikləri və ya texniki səbəblərdən yenilənə, gecikə və ya müvəqqəti olaraq əlçatan olmaya bilər.

AIDA cavabları avtomatlaşdırılmış sistemlər və süni intellekt vasitəsilə hazırlana bilər və bəzi hallarda natamam, qeyri-dəqiq və ya aktuallığını itirmiş ola bilər. Səfərlə bağlı qərar qəbul etməzdən əvvəl məlumatı Aeroportun məlumat ekranları və elanları, müvafiq aviaşirkətin rəsmi bildirişləri və ya səlahiyyətli dövlət orqanlarının məlumatları ilə yoxlayın. Ziddiyyət olduqda müvafiq rəsmi mənbə üstün tutulur.

5. Uçuş bildirişləri

Uçuş bildirişləri yalnız istifadəçinin seçimi əsasında aktivləşdirilir. Məlumat mənbəyindəki dəyişiklik, rabitə problemi və ya texniki nasazlıq səbəbindən bildiriş gecikə və ya istifadəçiyə çatmaya bilər. İstifadəçi uçuş bildirişlərini istənilən vaxt qoşulduğu kanal vasitəsilə müvafiq açar sözü göndərməklə dayandıra bilər. Müvafiq uçuş üzrə bildiriş xidməti başa çatdıqda abunəlik də başa çatır.

6. İstifadə qaydaları

İstifadəçi AIDA-dan qanuni və təyinatına uyğun şəkildə istifadə etməli və aşağıdakı hərəkətlərdən çəkinməlidir:

• spam və ya həddindən artıq avtomatlaşdırılmış sorğular göndərmək;

• zərərli kod, virus, təhlükəli keçid və ya şübhəli fayl göndərmək;

• sistemə icazəsiz giriş əldə etməyə, təhlükəsizlik mexanizmlərini aşmağa və ya məxfi sistem məlumatlarını əldə etməyə cəhd göstərmək;

• özünü başqa şəxs və ya təşkilat kimi təqdim etmək və ya başqa şəxslərin fərdi məlumatlarını hüquqi əsas olmadan təqdim etmək;

• AIDA-nın cavabını saxta rəsmi sənəd, rəsmi təsdiq və ya zəmanət kimi təqdim etmək.

AIDA-ya parol, OTP/təsdiqləmə kodu, bank kartı və bank hesabı məlumatları, pasport və ya şəxsiyyət vəsiqəsinin  surəti, biometrik məlumatlar və ya sorğunun cavablandırılması üçün zəruri olmayan digər xüsusi kateqoriyalı fərdi məlumatları göndərməyin.

7. Üçüncü tərəf platformaları

AIDA-dan WhatsApp, Telegram və ya başqa rəqəmsal kanal vasitəsilə istifadə etdikdə həmin platformanın öz istifadə şərtləri və məxfilik qaydaları da tətbiq olunur. Aeroportun bu Şərtləri həmin platformaların qaydalarını əvəz etmir.

8. Xidmətin əlçatanlığı və qorunması

AIDA texniki xidmət, rabitə və ya platforma nasazlığı, təhlükəsizlik tədbiri, qanunvericilikdən irəli gələn tələb və ya aeroport əməliyyatları ilə əlaqədar müvəqqəti dayandırıla və ya məhdudlaşdırıla bilər. Aeroport qanunvericiliyin yol verdiyi həddə xidmətin fasiləsiz və xətasız olacağına zəmanət vermir.

Təhlükəsizlik riski yarandıqda, spam və ya həddindən artıq avtomatlaşdırılmış sorğular göndərildikdə, eləcə də qanunsuz fəaliyyət hallarında AIDA-ya çıxış mütənasib şəkildə məhdudlaşdırıla bilər. 

9. Məsuliyyət

Aeroport AIDA-da təqdim edilən məlumatın mümkün qədər düzgün və aktual olmasını təmin etmək üçün müvafiq tədbirlər görür. Bununla belə, AIDA rəsmi əməliyyat mənbəyini, aviaşirkətin rəsmi qərarını və ya dövlət orqanının rəsmi məlumatını əvəz etmir.

Qanunvericiliyin yol verdiyi həddə, üçüncü tərəf məlumatlarının gecikməsi, rabitə və ya platforma nasazlığı, habelə digər  texniki səbəblərdən yaranan hallara görə məsuliyyət tətbiq olunan qanunvericiliyə uyğun müəyyən edilir. Bu Şərtlər qanunla istisna və ya məhdudlaşdırılması mümkün olmayan hüquq və məsuliyyətləri məhdudlaşdırmır.

10. Məlumatların silinməsi

AIDA xidmətindən istifadə üçün istifadəçilərdən fərdi məlumatların təqdim edilməsi tələb olunmur. AIDA tərəfindən istifadəçilərin fərdi məlumatları ayrıca toplanmır və saxlanılmır. İstifadəçilər özləri və digər şəxslər barədə fərdi məlumatları AIDA-ya təqdim etməməlidirlər. AIDA istifadəçinin özü və ya digər şəxslər barədə fərdi məlumatlarla bağlı sorğuları cavablandırmır.

AIDA-dan istifadə ilə bağlı məlumatların silinməsi qaydası “Məlumatların silinməsi üzrə təlimat” la müəyyən edilir.

 

Məlumat

Əlaqə

Məlumatların sİlİnməsİ

[email protected]

11. Dəyişikliklər və tətbiq olunan hüquq

AIDA-nın funksiyaları və ya tətbiq olunan hüquqi tələblər dəyişdikdə bu Şərtlər yenilənə bilər. Qüvvədə olan versiya Aeroportun rəsmi internet səhifəsində dərc edilir. Bu Şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir və ona uyğun tətbiq edilir.