Təklifləriniz
Uşaqla səyahət edən sərnişinlər

Ana və uşaq otağı

Ana və uşaq otağı körpə uşaqlara qulluq göstərilməsi üçün bütün zəruri avadanlıqla təchiz edilib. Burada körpələrin bezinin dəyişdirilməsi üçün masa, isti və soyuq su, divanlar və masalar mövcuddur.

Çoxfunksiyalı Tualetlər

Bütün tualet otaqları çoxfunksiyalıdır.Müxtəlif kateqoriyalı müştərilər - əlil arabası istifadəçiləri, yaşlı insanlar və uşaqlı sərnişinlər çoxfunksiyalı tualet otaqlarından rahatlıqla istifadə edə bilərlər. Bu tualet otaqları müxtəlif avadanlıqlar - körpələrin bezinin dəyişdirilməsi üçün masa, əlillər üçün platforma və fövqəladə hallarda xilasetmə məntəqəsi ilə əlaqə saxlamaq üçün qəza düyməsi ilə təchiz edilib.

Körpələrin bezinin dəyişdirilməsi üçün masa

Körpələrin bezinin dəyişdirilməsi üçün masalar çoxfunksiyalı tualet otaqlarında, həmçinin Ana və uşaq otağında mövcuddur.

Uşaq üçün Yemək Stulları

Uşaq üçün yemək stulları gediş zalındakı (baxışdan sonrakı zonada, baxışdan öncəki zonada) bütün kafe və barlarda, həmçinin pasport nəzarətindən sonra yerləşən istirahət sahəsində mövcuddur.

Uşaq Oyun Meydançası

Uşaq oyun meydançançaları 1-ci və 2-ci Terminallarının gediş zalında yerləşirlər.Yalnız pasport nəzarətindən keçən sərnişinlər bu məkandan istifadə edə bilərlər.Uşaqlarınızın təhlükəsizliyi məqsədilə, bu məkanlardan istifadə zamanı valideyn və ya böyük müşayiəti tələb edilir.