Təklifləriniz
İnternet və iş sahəsi

Pulsuz WI-FI

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu bütün Terminal ərazisində ödənişsiz internet şəbəkəsi təklif edir. Ödənişsiz internet şəbəkəsi bütün ictimai zonalarda, obyektlərdə, kafe və mağazalarda, həmçinin Biznes sinif zallarında mövcuddur.

Aşağıdakı təlimatlara riayət etməklə asanlıqla “Baku-Airport-Free-WiFi” internet şəbəkəsinə qoşula bilərsiniz:

  • Cihazlarda “Wi-Fi”ın açıq olduğundan əmin olun.
  • “Baku-Airport-Free-WiFi” şəbəkəsini tapın və şəbəkəyə qoşulun.
  • İstifadə edə bilərsiniz. Siz internetə qoşulmusunuz :)
     

İnternet

Birinci Terminalda, gediş zonasında internetə çıxışı olan ödənişsiz kompyuter masaları mövcuddur. Hətta internetə yeni qoşulanlar da bu sistemdən asanlıqla istifadə edə biləcəklər. Uçuşunuzdan əvvəl ən son xəbər başlıqlarını izləyə bilər və ya elektron poçtunuzu yoxlaya bilərsiniz (Çap avadanlıqları mövcud deyil.)

İş masası

1-ci Terminalda  yerləşən iş masaları sayəsində, siz uçuş öncəsi yarım qalan ofis işlərinizini bitirib, könül rahatlığı ilə səyahətinizdən zövq ala bilərsiniz.