Terminal 2 North-dan Terminal 1-ə (Beynəlxalqdan beynəlxalqa transfer)

Terminal 2 North (Şimal) beynəlxalq reyslə gələn və Terminal 1-dən yola düşən beynəlxalq reysə transfer edən sərnişinlər Azərbaycan Respublikasına daxil olmadan transfer/tranzit sistemi vasitəsilə növbəti uçuşlarına keçə bilərlər.

Transfer proseduru

  1. 1-ci mərtəbədə, immiqrasiya nəzarətindən əvvəl, “Transfer” nişanlarını izləyin.
  2. Minik talonu tələb olunduğu halda, Terminal 2 North (Şimal) transfer zonasında yerləşən Transfer masasına yaxınlaşın.
  3. Terminallararası şatl avtobusuna minərək Terminal 1-ə yollanın.
  4. Terminal 1-ə çatdıqdan sonra 2-ci mərtəbədə təhlükəsizlik yoxlamasından keçin.
  5. Təhlükəsizlik yoxlamasından sonra eskalator vasitəsilə 3-cü mərtəbəyə qalxın.
  6. Son təyinat məntəqəniz üçün tələb olunduğu halda viza yoxlamasından keçin.
  7. Gediş zalına daxil olun və uçuş qapınıza yönəlin.

Vacib məlumat

  • Bu transfer marşrutu üzrə sərhəd və gömrük nəzarəti tələb olunmur.
  • Sərnişinlər son təyinat ölkəsi üçün giriş və viza tələblərinə cavab verməlidirlər.
  • Şatl avtobusunun hərəkət intervalı əməliyyat şəraitindən asılı olaraq dəyişə bilər.
  • Transfer marşrutları ingilis dilində olan “Transfer” nişanları ilə aydın şəkildə işarələnmişdir.
  • Zərurət yarandıqda aeroport əməkdaşları sərnişinlərə yardım göstərməyə hazırdır.