Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
31 May 2025
Azərbaycanın əsas hava qovşağı olan Heydər Əliyev Beynəlxalq Aeroportu regionda beynəlxalq uçuş şəbəkəsini daha da gücləndirir. Mayın 31-də, Qazaxıstanın milli aviadaşıyıcısı “Air Astana” Bakı–Atırau–Bakı istiqamətində ilk birbaşa müntəzəm reysini uğurla həyata keçirdi.
Uçuşlar həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və şənbə günləri həyata keçiriləcək. Yeni istiqamət iki mühüm iqtisadi şəhər olan Bakı və Atırau arasında birbaşa hava əlaqəsini təmin edərək, işgüzar və turist səfərləri üçün daha əlçatan və operativ şərait yaradır.
Bu marşrut Azərbaycan və Qazaxıstan arasında mövcud strateji tərəfdaşlığın, xüsusilə ticarət, enerji və turizm sahələrində əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.
«Bakı–Atırau birbaşa hava reysinin açılması Azərbaycan və Qazaxıstan arasında mövcud strateji tərəfdaşlığın daha da dərinləşməsi baxımından mühüm hadisədir. “Air Astana” ilə əməkdaşlığımızın genişlənməsi regional aviasiya şəbəkəsinin inkişafına, həmçinin hər iki ölkənin biznes mühitinin və turizm imkanlarının güclənməsinə ciddi təkan verəcək», – deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib.
Hazırda Astana, Almatı və Aktau şəhərlərindən Bakıya birbaşa uçuşlar həyata keçirilir. Atırau marşrutunun əlavə olunması ilə iki ölkə arasındakı hava nəqliyyatı şəbəkəsi əhəmiyyətli şəkildə güclənəcək.
Ətraflı məlumat və biletlərin alınması üçün: www.airastana.com
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə yüksək standartlı, təhlükəsiz və rahat səyahət təcrübəsi təklif edərək regionun aparıcı nəqliyyat qovşağı kimi inkişafını davam etdirir.