Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
26 Sentyabr 2025
Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya həvəskarları və peşəkar fotoqraflar üçün rəsmi spottinq təşkil olunub. İştirakçılar aerodrom ərazisinə xüsusi giriş əldə edərək, təyyarələrin hərəkətini ən yaxın məsafədən müşahidə və çəkiliş imkanı qazanıblar.
Tədbir, aviasiya mədəniyyətinin təbliği, gənc fotoqraflara dəstək göstərilməsi və aeroport icması ilə ictimaiyyət arasında yeni körpülərin yaradılması məqsədilə həyata keçirilib.
Gün ərzində iştirakçılar tərəfdaş aviaşirkətlərin təyyarələrinin qalxma və enmə anlarını, onların yedəklənməsi və yerüstü xidmətlərin dəqiqliklə icra olunan iş prosesini lentə alıblar. Xüsusi müşahidə nöqtələri isə onlara unikal rakurslardan çəkiliş aparmaq imkanı yaradaraq həm peşəkar portfoliolarını zənginləşdirən, həm də yadda qalan kadrlar təqdim edib.
Spottinq yalnız fotoçəkiliş fürsəti ilə məhdudlaşmayaraq, iştirakçıların bir araya gəldiyi, aviasiya mövzularında fikir mübadiləsi apardığı və təcrübələrini paylaşdığı canlı bir platformaya çevrilib. Burada aviasiya sevgisi ilə yanaşı, fotoqrafiya bilikləri də bölüşülüb, yeni dostluqlar və əməkdaşlıqların əsası qoyulub.
Qeyd edək ki, tədbirə yalnız 18 yaşdan yuxarı aviasiya həvəskarları qatıla biliblər. Məhdud iştirakçı sayı nəzərə alınaraq müraciətlər əvvəlcədən qəbul edilib və tələblərə cavab verən namizədlərə rəsmi təsdiq göndərilib.