Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
14 Sentyabr 2026
Terminal 1-in gediş zonasında yaradılan yeni əyləncə və istirahət məkanı kino, qolf, oyun və digər təcrübələri bir araya gətirərək sərnişinlərə uçuşadək vaxtlarını daha maraqlı və rahat keçirmək imkanı təqdim edir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişinlərin terminalda keçirdiyi vaxtı daha rahat və yaddaqalan etmək məqsədilə “Tilsimli meşə” adlı yeni əyləncə və istirahət zonası istifadəyə verilib.
Terminal 1-in gediş zonasında yerləşən məkan 10 sentyabr–5 dekabr 2026-cı il tarixlərində sərnişinlər üçün açıq olacaq.
“Tilsimli meşə”də CineMastercard kino zonası, Dreamland Golf Club ilə əməkdaşlıq çərçivəsində yaradılan qolf zonası, müxtəlif oyunlar, fotozonalar və istirahət sahələri bir araya gətirilib. Konsepsiyanın vizual və interaktiv elementləri isə sərnişinlərə ənənəvi gözləmə məkanından fərqli mühit təqdim edir.
Layihə Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin təcrübəsinin inkişafına yönəlmiş yanaşmanın bir hissəsidir. Məqsəd yalnız aeroport proseslərinin rahatlığını deyil, terminalda keçirilən vaxtın keyfiyyətini də artırmaq, sərnişinlərə uçuşdan əvvəl istirahət və əyləncə üçün əlavə seçimlər təqdim etməkdir.
“Tilsimli meşə” sərnişinin aeroportda keçirdiyi vaxtı səyahətin daha rahat, maraqlı və yaddaqalan hissəsinə çevirməyə xidmət edir.