Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
18 Mart 2026
Heydər Əliyev Beynəlxalq Aeroportu qarşıdan gələn Novruz bayramı günlərində gözlənilən sərnişin artımını nəzərə alaraq 2026-cı il martın 20-dən 30-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bayram günlərində artan səyahət tələbatını qarşılamaq məqsədilə hava limanının bütün xidmətləri fasiləsiz rejimdə çalışacaq. Uçuşların təhlükəsiz və operativ şəkildə həyata keçirilməsi üçün əməliyyat xidmətlərinin fəaliyyəti gücləndiriləcək, sərnişin axınının səmərəli idarə olunması məqsədilə əlavə təşkilati tədbirlər görüləcək.
Sərnişinlərin qeydiyyat prosesini rahat və vaxtında başa çatdırmaları üçün onlara uçuşdan ən azı 2–3 saat əvvəl hava limanına gəlmələri tövsiyə olunur. Həmçinin sərnişinlərə vaxt itkisinin qarşısını almaq üçün uçuşu həyata keçirən aviaşirkətin rəsmi internet səhifəsi və ya mobil tətbiqi vasitəsilə əvvəlcədən onlayn qeydiyyatdan keçmələri məsləhət görülür.
Şəhər mərkəzindən Heydər Əliyev Beynəlxalq Aeroportuna rahat çatmaq üçün “Airport Express” (H1 xətti) fəaliyyət göstərir. Marşrut 28 May metrostansiyası (Nəqliyyat Mübadilə Mərkəzi) və Koroğlu metrostansiyasından Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1 və Terminal 2 istiqamətində sutka ərzində fasiləsiz (24/7) xidmət göstərir.
Bundan əlavə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə terminal ərazisində xüsusi “drop-off / pick-up” zolaqları mövcuddur və burada 3 dəqiqəlik qısa dayanma mümkündür. Aeroportun parklanma zonasında isə ilk 15 dəqiqəlik dayanma ödənişsizdir.
Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinləri və qonaqları Novruz bayramı münasibətilə təbrik edir, hər kəsə xoş, təhlükəsiz və rahat səyahətlər arzulayır.