Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
23 Dekabr 2025
Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində fəaliyyət göstərən tərəfdaşlar üçün Airport Carbon Accreditation (ACA) proqramı çərçivəsində maarifləndirici təlim təşkil olunub. Təlim SƏTƏM və Keyfiyyətə Nəzarət (KN) idarəsi tərəfindən ACA proqramının 3-cü və 3+ səviyyələrinin tələblərinə uyğun olaraq keçirilib.
Təlim zamanı karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması, resurslardan səmərəli istifadə və davamlı fəaliyyət prinsipləri ilə bağlı əsas tələblər və praktiki yanaşmalar iştirakçıların diqqətinə çatdırılıb. İştirakçılar həm mövcud, həm də qarşıdakı mərhələlər üzrə ACA çərçivəsində öhdəliklər, beynəlxalq ekoloji standartlar və əməliyyatlarda tətbiq oluna bilən həllər barədə ətraflı məlumatlandırılıb.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu 2025-ci ildə ACA proqramının 3-cü səviyyəsini uğurla əldə edib, növbəti mərhələdə isə 3+ səviyyəsinə keçid strateji hədəf kimi müəyyənləşdirilib. Keçirilən təlim bu hədəfə uyğun olaraq hava limanı ərazisində fəaliyyət göstərən tərəfdaşların ekoloji məsuliyyətinin artırılmasına və birgə fəaliyyətin gücləndirilməsinə yönəlib.
Bu təşəbbüs hava limanı ekosistemində iştirak edən bütün maraqlı tərəflərin dayanıqlı inkişaf məqsədlərinə töhfə verməsinə, beynəlxalq ekoloji standartlara uyğunluğun artırılmasına və Heydər Əliyev Beynəlxalq Aeroportunun ətraf mühitin qorunması sahəsində ardıcıl fəaliyyətinin gücləndirilməsinə xidmət edir.
Heydər Əliyev Beynəlxalq Aeroportu davamlı inkişaf, ekoloji məsuliyyət və beynəlxalq standartlara uyğun fəaliyyət prinsiplərini rəhbər tutaraq tərəfdaşlarla birgə bu istiqamətdə təşəbbüslərin həyata keçirilməsini davam etdirir.