Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
31 Mart 2026
Heydər Əliyev Beynəlxalq Aeroportu 2026-cı il martın 29-dan etibarən yaz-yay uçuş cədvəlinə keçir. Yeni mövsüm 24 oktyabr tarixinədək qüvvədə olacaq.
Yaz-yay mövsümündə Bakıdan Avropa, Mərkəzi, Cənubi və Şərqi Asiya istiqamətlərində genişlənmiş uçuş şəbəkəsi sərnişinlərə təqdim olunacaq.
Regional və Asiya istiqamətləri üzrə İstanbul, Ankara, Moskva, Daşkənd, Düşənbə, Ürgənc, Astana, Almatı və Aktau ilə yanaşı, Pekin və Urumçi istiqamətlərində də uçuşlar həyata keçiriləcək.
Avropa istiqamətləri üzrə isə Berlin, Frankfurt, Milan, Roma, Varşava, Praqa, London, Vyana, Budapeşt, Paris, Barselona və Kişineu şəhərlərinə uçuşlar planlaşdırılır. Bununla yanaşı, Tbilisi, Bişkek, İzmir, Bodrum, Belqrad, Male və İslamabad istiqamətlərində də müntəzəm hava əlaqələri təmin olunacaq.
Uçuşlar AZAL, “Turkish Airlines”, “Pegasus Airlines”, “AJet”, “Air Astana”, “Uzbekistan Airways”, “Wizz Air”, “China Southern”, “LOT Polish Airlines”, “Lufthansa” və digər beynəlxalq aviadaşıyıcılar tərəfindən həyata keçiriləcək.
Yay mövsümündə səyahət tələbatının artacağını nəzərə alaraq, sərnişinlərə aviabiletlərini əvvəlcədən bron etmələri tövsiyə olunur. Daha rahat və sürətli xidmət üçün onlayn qeydiyyat imkanlarından, eləcə də hava limanında mövcud olan özünüxidmət köşklərindən (Self Check-In və Self-Service Baggage Drop-Off) istifadə etmək mümkündür.
Sərnişinlərə, həmçinin səfərdən əvvəl uçuş cədvəlinin aktuallığını yoxlamaq və mümkün dəyişikliklərlə bağlı məlumatı birbaşa aviaşirkətlərin rəsmi internet səhifələrindən əldə etmək tövsiyə edilir.