Təklifləriniz

Hörmətli sərnişinlər və qonaqlar!

28 Dekabr 2023

Heydər Əliyev Beynəlxalq Aeroportu sizi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir! Yeni 2024-cü il unudulmaz təcrübələr, xoş uçuşlar, maraqlı səyahətlər və yalnız xoşbəxt hadisələrlə zəngin olsun!
Səyahətlərinizin başlanğıc nöqtəsi olaraq hava limanımızı seçdiyinizə görə minnətdarlığımızı bildirmək istərdik. Biz sizin etimadınızı yüksək qiymətləndirir, rahat və təhlükəsiz səyahət etməyiniz üçün çalışırıq.
Ümid edirik ki, yeni ildə siz səyahətdən zövq ala, yeni yerlər, mədəniyyətlər və imkanlar kəşf edə biləcəksiniz. Sizi yenidən hava limanımızda qarşılamağı və səyahət arzularınızı həyata keçirməyə kömək etməyi səbirsizliklə gözləyirik.

Ən xoş arzularla,
Heydər Əliyev Beynəlxalq Aeroportu