Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
03 İyun 2025
3 iyun 2025-ci il tarixindən etibarən Naxçıvan və Gəncə beynəlxalq hava limanlarından İstanbulun Asiya hissəsində yerləşən Sabiha Gökçen Beynəlxalq Hava Limanına səyahətlər AJET aviaşirkəti tərəfindən həyata keçiriləcək.
Uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri yerinə yetiriləcək. Yeni mərhələdə təqdim olunan bu reyslər dairəvi marşrut modeli əsasında təşkil olunub: sərnişinlər eyni uçuş nömrəsi ilə Sabiha Gökçen – Naxçıvan – Gəncə – Sabiha Gökçen marşrutu üzrə və ya əks istiqamətdə səyahət edə biləcəklər.
Bu model həm marşrutların optimallaşdırılması, həm də bir neçə şəhəri birləşdirən daha çevik və funksional uçuş imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.
Yeni reyslər Azərbaycanın regionlarının turizm və iqtisadi potensialının inkişaf etdirilməsinə, eləcə də sərnişinlər üçün sərfəli, rahat və fasiləsiz səyahət imkanlarının təmin olunmasına yönəlib.
Reyslər və biletlərlə bağlı daha ətraflı məlumatı AJET aviaşirkətinin rəsmi internet səhifəsindən əldə etmək mümkündür: www.ajet.com.