Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
26 Dekabr 2025
Heydər Əliyev Beynəlxalq Aeroportu qış mövsümündə Avropa, Yaxın Şərq, Asiya, MDB və regional istiqamətləri əhatə edən geniş uçuş şəbəkəsi ilə Bakını beynəlxalq hava nəqliyyatı sisteminə bağlamağa davam edir.
Hazırda hava limanından 35-ə yaxın aviaşirkət vasitəsilə 70-dən artıq beynəlxalq və regional istiqamətə müntəzəm reyslər yerinə yetirilir. Mövcud uçuş şəbəkəsi turizm, biznes və tranzit səyahətləri üçün çevik və etibarlı imkanlar yaradır.
Qeyd olunan istiqamətlər üzrə uçuşlar AZAL, “Turkish Airlines”, “Air Astana”, “FlyArystan”, “Air Arabia”, “Lufthansa”, “Qatar Airways”, “China Southern”, “Wizz Air”, “Polish Airlines” və digər aparıcı beynəlxalq aviaşirkətlər tərəfindən yerinə yetirilir.
Sərnişinlər qeyd olunan istiqamətlər üzrə aviabiletləri müvafiq aviaşirkətlərin rəsmi internet saytları vasitəsilə bron edə bilərlər.
Heydər Əliyev Beynəlxalq Aeroportu mövsümdən asılı olmayaraq geniş marşrut şəbəkəsi və beynəlxalq tərəfdaşlıqları ilə regionda hava nəqliyyatı əlaqələrinin gücləndirilməsinə və sərnişinlər üçün rahat səyahət imkanlarının artırılmasına töhfə verməyə davam edir.