Səyahətinizə sürət qatın: TDAS ilə daha rahat keçid

17 Avqust 2025

Heydər Əliyev Beynəlxalq Aeroportunda artıq bir neçə ildir uğurla tətbiq olunan Səyahət Sənədlərinin Avtorizasiya Sistemi (TDAS) sərnişinlərə uçuş öncəsi rəsmiləşdirməni daha sürətli və rahat keçməyə imkan verir.

Sistem necə işləyir

  • Sərnişinlər kağız və ya elektron aviabiletlərini xüsusi skaner aparatına oxudurlar.
  • Aviabiletin ştrix-kodu və ya elektron bilet məlumatları təsdiqləndikdən sonra avtomatik keçidlər açılır.
  • Sərnişin birbaşa nəzarət-buraxılış məntəqəsinə yönləndirilir.

Sərnişinlər üçün faydaları

  • vaxtın qısaldılması və prosedurların sürətlənməsi;
  • növbələrin minimuma endirilməsi;
  • insanların müdaxiləsini azaldaraq səhv ehtimalının azalması;
  • həm kağız, həm elektron biletlərin dəstəklənməsi;
  • xidmət keyfiyyətinin artırılması və sərnişin təcrübəsinin optimallaşdırılması.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin rahatlığını təmin etmək üçün innovativ texnologiyaların tətbiqini davam etdirir və regionun qabaqcıl hava limanlarından biri kimi xidmət səviyyəsini daima təkmilləşdirir.

Səyahətinizi daha sürətli və rahat etmək üçün TDAS keçidlərindən istifadə edin!