Avtodayanacaq

İş saatları: 24/7

Dayanacaq yerlərinin ümumi sayı: 2 mindən çox

1-ci Terminalda: 835

2-ci Terminalda: 1166

Dayanacaq üçün ödəniş

Saat

AZN

Ilk 15 dəq.

Ödənişsiz

2 saatadək

1 AZN

2-4 saat:

2 AZN

4-6 saat:

3 AZN

6-8 saat:

4 AZN

8-10 saat: 

5 AZN

10-12 saat:

6 AZN

12-14 saat: 

10 AZN

14-24 saat:

15 AZN

Hər növbəti gün üçün:

+15 AZN

Parklanma üçün ödənişlər nağd, nağdsız və onlayn şəkildə həyata keçirilir.

07 noyabr 2023-cü il tarixindən qüvvədədir.

Onlayn ödəniş

Parkinq haqqını onlayn şəkildə ödəmək üçün ziyarətçilər mobil cihazları vasitəsilə “Tezödə”, “AzParkinq” və “Birbank” platformalarından istifadə edə bilərlər.

Ödəniş terminalları

Bütün dayanacaq ərazisində ödəniş terminalları mövcuddur. Bu terminallarda həm nağd (kağız pul nişanları), həm də nağdsız (bank kartları) şəkildə ödəniş etmək mümkündür.

Sürətli giriş-çıxış

Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisinə daxil olarkən nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının avtomatik tanınması texnologiyasından istifadə olunur. Bu da avtomobillərin rahat giriş-çıxışını təmin edərək parklama prosesini xeyli sadələşdirir.

Qadağan edilmiş nəqliyyat vasitələri

Təhlükəli və ya antisanitar materiallar daşıyan nəqliyyat vasitələri

Burada saxlanıldığı halda inzibati problemlərə səbəb ola bilən digər nəqliyyat vasitələri

Sərnişin düşürtmə zolaqı (3-cü xətt)

Bu zolaqdan istifadə edərək 3 dəqiqə ərzində sərnişinləri düşürtmək olar. Nəqliyyat vasitələrini sərnişin düşürtmə zolaqında park etmək qadağandır.

Fiziki imkanları məhdud sərnişinlər üçün dayanacaq

Hərəkət qabiliyyəti məhdud sərnişinlər üçün dayanacaq ərazisində xüsusi yerlər mövcuddur. Hər iki terminalın parkinq ərazisinə daxil olduqdan sonra fiziki imkanları məhdud şəxslər üçün dayanacaq yerlərini tapmaq məqsədi ilə müvafiq nişanları izləyin.

İcarəyə verilən avtomobillər üçün dayanacaq/Avtomobillərin icarəyə götürülməsi

İcarəyə verilən avtomobillər üçün xüsusi dayanacaq mövcuddur. İcarəyə verilən avtomobillər üçün ayrılmış dayanacağa getmək üçün terminaldan çıxdıqdan sonra nişanları izləyin.

İcarəyə götürülmüş avtomobilin qaytarılması

Birinci terminalın avtodayanacağına daxil olduqdan sonra icarəyə götürdüyünüz avtomobili qaytarmaq üçün Avtomobillərin icarəyə götürülməsi/qaytarılması nişanlarını izləyin.

Hava limanında avtomobillərin icarəyə götürülməsi barədə ətraflı məlumat

Yük maşınları və avtobuslar üçün dayanacaq

Yük maşınları Yük Terminalının qarşısında dayanacaqda, iri həcmli avtobuslar isə xüsusi avtobus dayanacağında saxlanıla bilər. Qeyd edək ki, hər iki kateqoriyadan olan nəqliyyat vasitələri üçün uzunmüddətli dayanacaq yerləri mövcud deyil.

* Biz sərnişinlərimizin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün hər cür səy göstəririk. Bununla belə, müxtəlif amillərə, o cümlədən xarici vəziyyətə və üçüncü şəxslərin hərəkətlərinə görə bütün sərnişinlərə lazımi ehtiyat tədbirlərini görmələrini və əmlaklarının təhlükəsizliyini təmin etməyi tövsiyə edirik. Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobilinizə və ya içərisindəki qiymətli əşyalara dəymiş hər hansı ziyana görə məsuliyyət daşımır.