Təklifləriniz
Yuxu Kapsulları

Yuxu Kapsulları

Aviaşirkətin biznes sinif oturacaqları formasında hazırlanmış “GoSleep” 180° açılaraq rahat düz çarpayıya çevrilən müasir oturacaqlardır. Finlandiya istehsalı olan müasir üslublu “GoSleep” kabinələrinin istifadəsi çox rahatdır,belə ki, istifadəçiləri işıq şüalarından və insanlardan təcrid üçün qismən və ya tam bağlana bilir. Yatmaq üçün nəzərdə tutulan bu kabinələrdə siz hava limanındakı izdihamdan və səs-küydən azad ola bilərsiniz.

Yuxu kapsullarında əl yükünün və digər qiymətli əşyalarınızın saxlanılması üçün geniş və təhlükəsiz yerlər mövcuddur, həmçinin burada sərnişinlər noutbuklar, mobil telefonlar və digər elektron cihazlara enerji yükləyə, eyni zamanda planşet kompyuterlər vasitəsilə internetdən istifadə edə bilərlər.