Təklifləriniz
Prosedurlar

Beynəlxalq gəliş prosedurları

Hava gəmisini tərk edin

Bütün Beynəlxalq Reyslər 1-ci Terminala gəlir.

Təyyarədən endikdən sonra Sərhəd yoxlanışına keçmək üçün nişanlara diqqət edin.

Gələn sərnişinlər üçün qeydlər

  • Nəzərə alın ki, bütün beynəlxalq reyslər 1-ci Terminala gəlir.
  • Əgər, bəyan edilməli yükünüz yoxdursa, o zaman Yaşıl dəhlizdən keçin.
  • Əgər, bəyan edilməli əşyalarınız varsa, Qırmızı Dəhlizdən keçin və gömrük bəyannaməsini doldurun.
  • Siz baqajınızı baqaj alınma zonasında baqaj lentindən götürə bilrəsiniz.
  • Əgər, baqajınızı itirmisinizsə və ya baqajınız zədələnibsə, (Lost&Found) bölməsinə yaxınlaşın.

Pasport nəzarəti

Xahiş edirik, Pasportu hazır vəziyyətdə saxlayın və prosedurlardan keçmək üçün müvafiq sərhəd nəzarəti masasına gedin.

Pasportunuzu hazırlamağınız və “Azərbaycan Respublikasının vətəndaşları”, “Əcnəbi vətəndaşlar” və ya “Diplomatik pasportları olan sərnişinlər” qeyd olunan müvafiq masaya yaxınlaşaraq pasport nəzarəti prosedurundan keçməyiniz xahiş olunur.

Pasport nəzarəti başa çatdıqdan sonra, birinci mərtəbədə baqajın təhvili zonasına keçin. Əlil arabalarından istifadə edən sərnişinlər pasport nəzarəti məntəqəsindən keçdikdən sonra liftlərdən istifadə edə bilərlər.

Pasport nəzarəti masaları aşağıdakı sərnişinlər üçün nəzərdə tutulub:

Diplomatik və Xidməti pasportları olan sərnişinlər

  • Masanın adı: Diplomatik

    Masa №: 1

Sürətli keçid və xüsusi yardıma ehtiyacı olan sərnişinlər

  • Masanın adı: Sürətli Keçid

    Masa №: 2, 3

Azərbaycan Vətəndaşları

  • Masanın adı: Azərbaycan Vətəndaşları

    Masa №: 2-13

Əcnəbi Vətəndaşlar

  • Masanın adı: Foreign Citizens

    Masa №: 14-22

Miqrasiya Xidməti

  • Masanın adı: Miqrasiya Xidməti

    Masa №: 23

E-GATE

  • Masanın adı: E-GATE

    Masa №: 24, 25 Ancaq Azərbaycan Vətandaşları üçün

Azərbaycan Respublikasına daxil olmaq üçün viza

e-Viza 3 (üç) iş günü ərzində verilir.

“ASAN VISA” haqqında daha geniş məlumatla www.evisa.gov.az səhifəsində tanış ola bilərsiniz.

Giriş vizasına ehtiyacınızın olub-olmadığını buradan yoxlaya bilərsiniz: www.iatatravelcentre.com

Hansı ölkələr Azərbaycana vizasız gələ bilərlər?

Belarusiya

90 gün

Gürcüstan

90 gün

Qazaxıstan

90 gün

Qırğızıstan

90 gün

Moldova

90 gün

Rusiya

90 gün

Tacikistan

90 gün

Türkiyə

90 gün

Ukrayna

90 gün

Özbəkistan

90 gün
Hansı ölkə vətəndaşları aeroportda viza ala bilərlər?

Gələn sərnişinlər ikinci mərtəbədə sərhəd yoxlama məntəqlərindən öncədən ASAN VİZA onlayn kioskları vasitəsilə vizanı əldə edə bilərlər.

Oman

30 gün

Səudiyyə Ərəbistanı

30 gün

Bəhreyn

30 gün

Küveyt

30 gün

Yaponiya

30 gün

İndoneziya

30 gün

Çin

30 gün

Cənubi Koreya

30 gün

Malayziya

30 gün

Sinqapur

30 gün

İsrail

30 gün
Aşağıda göstərilən hallarda və şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında ölkədə qalma müddəti 30 günədək müəyyən edilmiş viza rəsmiləşdirilir:
  • Qətər Dövləti, Oman Sultanlığı, Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı və Küveyt Dövləti vətəndaşlarını müşayiət edən və eyni zamanda həmin ölkələrin rezident kartına sahib olan şəxslərə.
  • Birləşmiş Ərəb Əmirliklərində 6 aydan çox etibarlılıq müddəti olan rezident vizasına malik olan şəxslərə.
  • Yalnız Nyu-York-Bakı reysi ilə səfər edən Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına.
  • Azərbaycan Respublikasında yaşayan ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəldikdə (ailə üzvünün vəfatını təsdiq edən sənəd əsasında).
  • Ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, konsulluqları akkreditə olunmayan və Azərbaycan Respublikası ilə birbaşa hava əlaqəsi olan xarici ölkələrin vətəndaşları Azərbaycan Respublikasına gəldikdə.
Olduğu yer üzrə qeydiyyat
  • Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
  • Qeydiyyat üçün əcnəbi ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində elektron qaydada Dövlət Miqrasiya Xidmətinin rəsmi saytının elektron xidmətləri, elektron hökumət portalı və elektron poçt (qeydiyyat@migration.gov.az ) vasitəsilə və ya şəxsən regional miqrasiya idarələrinə, yaxud “ASAN xidmət” mərkəzlərinə müraciət edilməlidir.
  • Ətraflı məlumat www.migration.gov.az saytından tapa bilərsiniz.

Baqajın təhvil alınması

Baqajın təhvili zonasına gedin. Reysiniz üçün hansı baqaj konveyerinin istifadə olunduğunu müəyyən etmək üçün yaxınlığınızdakı məlumat ekranlarına baxmağınız xahiş olunur. Baqajın daşınması üçün konveyerin yaxınlığında qoyulan ödənişsiz arabalardan istifadə edə bilərsiniz.

Gələn sərnişinlər üçün qeydlər

Qeyri-standart baqaj

Qeyri-standart baqaj, məsələn velosipedlər, liftin arxasındakı baqaj təhvili zonasında yerləşən ayrıca otaqdan təhvil verilir. Bütün qeyri-standart baqaj xüsusi ayrılmış zonada yerdə yığılır.

Xəritədə göstər

Baqajım haradadır?

Bəzən baqajınızın baqaj konveyerində görünməsi üçün vaxt tələb olunur. Baqajınız gəlmədiyi halda, liftlərin arxasında yerləşən İtirilmiş və tapılmış əşyalar bürosuna yaxınlaşın. 2-ci və 3-cü Baqaj Lentlərin arasında yerləşən məlumat ekranından istifadə edərək, üstünlük verdiyiniz nəqliyyat vasitələrini seçin. Daxili reysə keçən səyahətçilər bu səhifəni görməlidirlər.

İtirilmiş və tapılmış baqaj şöbəsi

E- mail: lostandfound@asg-groundhandling.az Tel: +994 12 497-26-00 ext.: 78-80 Mob: +994 51 235 78 68; +994 50 246 10 69

Gömrük nəzarəti

Bəyan edilməli olan əşyanız olmadığı halda, birbaşa “yaşıl dəhliz” vasitəsi ilə qarşılama zalına keçin.

Gələn sərnişinlər üçün qeydlər

  • Azərbaycana daşınması qadağan olunan və ya mütləq elan edilməli (valyuta, tütün, alkoqol, heyvanlar və s.) predmetlər haqqında ətraflı məlumatı Azərbaycan Respublikasının Gömrük Komitəsinin saytından əldə edə bilərsiniz.

16 yaşına çatmış şəxslərə idxal etmək üçün icazə olan əşyalar:

  • 200 siqaret;
  • 1,5 lt. Alkoqol içkilər;
  • Şəxsi istifadə üçün müəyyən miqdarda ətir;
  • 1500 ABŞ dolları dəyərində yuxarı olmayan, şəxsi istifadə üçün mallar (16 yaşına qədər -500 ABŞ
  • dolları);
  • Zərgərlik məhsullar: 20 q. qızıl və 0.5 karat brilliant (ayda), və 1500 ABŞ dolları dəyərində yuxarı
  • olmayan başqa zərgəllik məhsullar;
  • 30 kq-dək yemək və 125 q. kürü (ayda).

Qarşılama zalı

Gömrük nəzarətindən keçdikdən sonra qarşılanma zalında qohumlarınızla və dostlarınızla görüşə bilərsiniz.

Aerportdan nəqliyyat

Aero Express

“Aero Express” marşrut xətti üzrə avtobuslar günün 24 saatı xidmət göstərir. Hava limanından sonuncu dayanacağa qədər gediş müddəti 30 dəqiqədir. Bu müddət yerli şəraitdən və nəqliyyat sıxlığından asılı olaraq dəyişə bilər.

Daha ətraflı

Taksi

Rəsmi Taksi: Bakı Taksi Xidməti MMC Əməliyyat sahəsi: Bakı şəhəri və Abşeron yarımadası Ödəniş metodu: Nağd və debet / kredit kartları.

Rəsmi Taksi siz 1-ci Terminalın qarşılanma zonasında (bayıra çıxış qapıların yanında) Baku Taksi Xidmətinin rəsmi masasından sifariş edə bilərsiniz.

Kənar təşkilat və ya onlayn xidmət vasitəsilə taksi sifariş etdiyiniz halda, yalnız baqajınızı aldıqdan sonra taksi sifariş etməyinizi tövsiyə edirik.

Daha ətraflı