Təklifləriniz
ƏDV-nin qaytarılması

ƏDV-nin qaytarılması

Azərbaycanda TAX FREE – xarici vətəndaşlar (əsasən turistlər) tərəfindən alınmış mallara görə ödənilmış əlavə dəyər vergisinin (ƏDV)  tam və ya qismən geri qaytarılması sisteminin tətbiqinə başlanılıb.

Beynəlxalq təcrübədə xarici turistlərə münasibətdə geniş istifadə edilən “Tax Free” sisteminin tətbiqi ölkəyə xarici turistlərin marağının artırılması, turizmin inkişafında davamlılığının təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi məqsədi daşıyır.

“Tax free” stikerləri olan mağazalarda istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan mallar istisna olmaqla alınan digər mallara görə ödənilən ƏDV-nin məbləği xarici vətəndaşlar  ölkəni tərk etdiyi zaman onlara hava limanında geri qaytarılır.

  • Azərbaycanda təqdim edilən bütün mallara görə ƏDV-nin dərəcəsi 18 faizdir.
  • “Tax free” sistemi üzrə Operator səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.
  • “Tax free” sistemi çərçivəsində Müvəkkil bank “PREMİUM BANK” Açıq Səhmdar Cəmiyyətidir.
  • “Tax free” imkanından istifadə etmək üçün xüsusi “Tax Free” stikerləri olan ticarət obyektindən alış-veriş edilməlidir.
  • Bu imkandan istifadə etmək üçün bir elektron vergi hesab-fakturası üzrə alınan malların dəyəri (ƏDV ilə birlikdə) 300 manatdan az olmamalı və mallar alındığı tarixdən 90 gün müddətində ölkə ərazisindən hava nəqliyyatı vasitəsilə aparılmalıdır.
  • ƏDV-nin alıcıya qaytarılması nağd ödəniş və ya bank kartına köçürmə yolu ilə həyata keçirilir.
  • Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən Operatorun göstərdiyi xidmətlərə görə alıcıya ödəniləcək ƏDV məbləğindən 20 faiz həcmində xidmət haqqı və bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.

Ətraflı məlumat: www.taxfree.az