Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
30 Dekabr 2023
30 dekabr 2023-cü il, Bakı – Bakı hava limanı 2023-cü ili innovasiyalar, infrastrukturun təkmilləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm nailiyyətlərlə uğurla başa vurur. 30 dekabr 2023-cü il tarixinə olan məlumata əsasən, aeroport tərəfindən xidmət göstərilən sərnişinlərin sayı rekord həddə çataraq 5,7 milyon nəfərdən çox olub.
Mükafatlar: Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax World Airport Awards 2023” mükafatının “Mərkəzi Asiya/MDB-də ən yaxşı regional hava limanı” və ardıcıl ikinci dəfə “Mərkəzi Asiya və MDB məkanında ən yaxşı hava limanı işçisi” nominasiyaları üzrə qalibi olub.
Marşrut şəbəkəsinin genişləndirilməsi: Sərnişinlərə “China Southern”, “AirBaltic”, “Flyadeal”, “Air Cairo” və “Iraqi Airways” kimi aviaşirkətlər ilə yenilənmiş tərəfdaşlıqlar, həmçinin “WizzAir”, “Wizz Air Abu Dhabi” və LOT ilə artan tezliklər daxil olmaqla, yeni və unikal istiqamətlər təklif edilib. Bakı hava limanına uçuşlar həyata keçirən aviadaşıyıcıların sırasına “WizzAir Malta”, “IndiGo”, “Georgian Wings” və “Aegean Airlines” əlavə olunub. Beləliklə, hava limanından 38 aviaşirkət vasitəsilə dünyanın 68 şəhərə səyahət etmək mümkündür.
Sərnişin təcrübəsinin təkmilləşdirilməsi: Bakı hava limanında xidmət keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi, müasir, rahat infrastrukturun yaradılması məqsədilə 2023-cü il ərzində sərnişinlərə bir sıra yeniliklər təqdim edilib. Belə ki, ziyarətçilər artıq nəqliyyat vasitələrinin sürətli keçidini təmin edən innovativ xidmətdən və parklanma üçün müxtəlif ödəniş üsullarından istifadə edə bilir. Sərnişinlərin gediş/gəliş proseslərini daha da komfortlu və çevik etmək üçün xüsusi "drop off"/“pick up” zolaqları onların ixtiyarındadır. Bununla yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportu marşrutu üzrə “Airport Express” ictimai nəqliyyatı saat 01:00-a qədər 30 dəqiqəlik hərəkət intervalı ilə fəaliyyət göstərir.
O cümlədən, yaxın günlərdə uçuş öncəsi rəsmiləşdirmə prosesini asanlaşdıran və sürətləndirən, hava limanında növbələri azaldan və təhlükəsizliyi gücləndirən Səyahət Sənədlərinin Avtorizasiya Sistemi (TDAS) təqdim edilib.
Qeyd edək ki, Bakı hava limanı sərnişinlərə yüksək səviyyəli xidmət və rahatlıq təklif etməklə regionun aparıcı aviasiya qovşağı kimi nüfuzunu möhkəmləndirməkdə davam edir.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti