Təklifləriniz
Prosedurlar

Yerli Reyslər ilə gedən sərnişinlər üçün məlumat

Aeroporta nəqliyyat

Maşınla

Şəhərin istənilən yerindən Heydər Əliyev Beynəlxalq Aeroportuna gəlmək çox asandır. Bütün yollar günün 24 saatı açıqdır. Hava limanında hər bir terminalın qarşısında avtomobillər üçün rahat dayanacaq mövcuddur. Hava limanına istiqaməti göstərən yol nişanlarına riayət etməklə və ya Xəritədə hava limanını seçməklə səfərinizi planlaşdıra bilərsiniz.

Heydər Əliyev Beynəlxalq Aeroportundakı dayanacaq barədə ətraflı məlumat

Heydər Əliyev Beynəlxalq Aeroportunda avtomobillərin icarəyə götürülməsi və qaytarılması barədə ətraflı məlumat

Aero Express

“Aero Express” marşrut xətti üzrə avtobuslar günün 24 saatı xidmət göstərir. Hava limanından sonuncu dayanacağa qədər gediş müddəti 30 dəqiqədir. Bu müddət yerli şəraitdən və nəqliyyat sıxlığından asılı olaraq dəyişə bilər.

Daha ətraflı

Qeydiyyat və baqajın daşınma üçün təhvili

Qeydiyyat

Qeydiyyat prosesi və ona dair tələblər aviaşirkətlər arasında fərqli ola bilər, məlumatı dəqiqləşdirmək üçün aviaşirkətinizin nümayəndəsinə və ya yerüstü xidmət agentlərinə müraciət edin. Bir qayda olaraq, nəzərə almalısınız ki, Avropa və MDB ölkələrinə səyahət edərkən qeydiyyat uçuşdan 2 saat əvvəl, qitələrarası və Transatlantik ölkələrə səyahət edərkən isə qeydiyyat uçuşdan 3 saat əvvəl başlayır. Qeydiyyat uçuşdan 60 dəqiqə öncədən bağlanır.

Onlayn qeydiyyat

Aviaşirkətinizdən asılı olaraq, Siz uçuşdan 48 saat əvvəl “onlayn” qeydiyyatdan keçə bilərsiniz.

Gedən sərnişinlər üçün qeydlər

  • Təhlükəsizlik qaydalarına riayət edərək, baqajınızı, həmçinin əl yükünüzü düzgün qablaşdırın. 100 ml-dən artıq olan maye məhsulları əl yükündə daşımaq olmaz. Siz həmçinin, şarj aparatlarınızı yalnız əl yükündə daşıya bilərsiniz.
  • Aeroporta daxil olan zaman, ekranlarda öz reysini tapın və aviaşirkətinizin qeydiyyat masasına yaxınlaşın
  • Daha sonra sənədlərinizlə qeydiyyat masasına yaxınlaşın- pasport, aviabiletiniz və təsdiq olunmuş vizanız (əgər, tələb olunursa)
  • Qeydiyyat masasını tərk etməzdən öncə, əmin olun ki, sizə düzgün minik talonu verilmişdir və sizin sənədləriniz qaydasındadır.
  • Əgər hər şey qaydasındadırsa, üçüncü mərtəbədəki təhlükəsizlik baxışına yaxınlaşın. Qohum və yaxınlarınızla vidalaşa bilərsiniz.
  • Minik Qapıya vaxtında gəlin. Minik Qapısının nömrəsi siz monitorlardan öyrənə bilərsiniz. Diqqət yetirin ki, təyyarə sizi gözləməyəcəkdir və heç bir çağırış edilməyəcəkdir.

Özünəxidmət köşkləri

Siz minik talonunuzu gediş zalında yerləşən qeydiyyat üzrə özünəxidmət köşklərinin birindən əldə edə bilərsiniz. “Azərbaycan Hava Yolları” və Buta aviaşirkətlərinin reysləri üçün özünəxidmət köşkləri mövcuddur.

Qeydiyyat masası

Qeydiyyat masaları uçuş vaxtından ən azı 2 saat əvvəl açılır. Səyahət üçün etibarlı sənədlərinizi – pasport, aviabilet və ya təxsisetməni təsdiq edən sənədi və son təyinat məntəqəsinə
giriş vizanızı (əgər mövcuddursa) təqdim edin. Aeroportunun xidmət və imkanlardanxidmət və imkanlardan daha yaxşı zövq almaq üçün daha tez qeydiyyatdan keçmək imkanı verir.

Baqajı necə təhvil vermək olar?

Aviaşirkət və ya yerüstü xidmət əməkdaşlarından biri sizin baqajı baqaj lentinə yerləşdirərək baqaj birkasını baqajın üzərinə yapışdırır və sizə talon təqdim edir

Baqajda daşınması qadağan olunmuş əşyalarının siyahısına bax

Uçuş qabağı təhlükəsizlik baxışı

Zəhmət olmasa, mühafizə edilən zonaya daxil olarkən yoxlanılması üçün pasportunuzu və minik talonunuzu hazır edin. Sizdən təhlükəsizlik baxışından keçməyiniz və əl yükünüzü rentgen qurğusundan keçirməyiniz tələb edilir.

Plastik paketlərə mayelər, aerozollar və gelləri yerləşdirin

Bütün maye və gellərinizi tutumu 1 litrdən artıq olmayan şəffaf plastik paketlərə (20sm x 20sm) qoymalısınız. Hər bir sərnişin üçün 1 ədəd plastik paket nəzərdə tutulur. Plastik paketləri Təhlükəsizlik xidmətinin əməkdaşlarından istəyə bilərsiniz.

Şəxsi gigiyenanız üçün maye və gellərinizi özünüzlə hava gəmisinə götürə bilərsiniz, lakin hər bir konteynerin həcmi 100 ml-dən artıq olmamalıdır. Onların ümumi həcmi 1 litrdən çox olmamalıdır. Nəzərə alın ki, 200 ml həcmli şüşə qab yarıya qədər dolu olduqda belə, o 200 ml hesab ediləcək.

Siz özünüzlə lazımi qədər pəhriz qidası və ya dərman vasitəsi götürə bilərsiniz. Bunun üçün dərman vasitəsinin istifadəsinə göstərişi gətirməyi unutmayın (istifadəsinə göstəriş İngilis, Azərbaycan və ya Rus dilində yazılmalıdır)

Elektron avadanlığınızı çantanızdan çıxarın

Telefon, noutbuk, planşet və elektron kitablar müvəqqəti olaraq əl yükünüzdən çıxarılmalıdır. Onları pulqabı, qol saatı, kəmər, açar və cibinizdə olan digər əşyalarınızla birgə qaba yığaraq konveyer lentinin üzərinə qoymalısınız.

Üst geyiminizi çıxarın

Zəhmət olmasa üst geyiminizi – gödəkcə, jaket, palto, papaq, boğazlı ayaqqabılarınızı çıxarın və qaba yığaraq konveyer lentinin üzərinə qoyun.

Əl yükünüzü konveyer lentinin üzərinə qoyun Özünüzlə təhlükəli əşyalar götürməyin

Təhlükəli əşyalar siyahısında sadalananlar istisna olmaqla, əl yükünüzdə bir sıra əşyaların daşınmasına icazə verilir. İti və küt əşyaların əl yükündə daşınması qadağandır.

Baqajda daşınması qadağan olunmuş əşyalarının siyahısına bax

Metal detektor vasitəsilə yoxlamadan keçin

Nəzərə alın ki, tələb edildiyi halda siz gücləndirilmiş təhlükəsizlik baxışından keçə bilərsiniz.

Təyyarəyə minik

Minik talonunuzda və ya terminalın ekranlarında göstərilən qapıya yaxınlaşın. Minik Qapıya vaxtında gəlin. Diqqət yetirin ki, təyyarə sizi gözləməyəcəkdir və heç bir çağırış edilməyəcəkdir.