Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
Bütün Yerli Reyslər 2-ci Terminala gəlir.
Təyyarədən endikdən sonra Baqaj Alınma zonasına keçin.
Baqajın təhvili zonasına gedin. Reysiniz üçün hansı baqaj konveyerinin istifadə olunduğunu müəyyən etmək üçün yaxınlığınızdakı məlumat ekranlarına baxmağınız xahiş olunur. Baqajın daşınması üçün konveyerin yaxınlığında qoyulan ödənişsiz arabalardan istifadə edə bilərsiniz.
Bəzən baqajınızın baqaj konveyerində görünməsi üçün vaxt tələb olunur. Baqajınız gəlmədiyi halda, Baqaj Axtarışı bürosuna yaxınlaşın.
E- mail: lostandfound@asg-groundhandling.az
Tel: +994 12 497-26-00 ext.: 78-80
Mob: + 994 51 235 78 68; +994 50 246 10 69
Baqajin götürdükdən sonra qarşılanma zalında qohumlarınızla və dostlarınızla görüşə bilərsiniz.
Rəsmi Taksi: Bakı Taksi Xidməti MMC Əməliyyat sahəsi: Bakı şəhəri və Abşeron yarımadası Ödəniş metodu: Nağd və debet / kredit kartları.
Kənar təşkilat və ya onlayn xidmət vasitəsilə taksi sifariş etdiyiniz halda, yalnız terminalı tərk etdikdən sonra taksi sifariş etməyinizi tövsiyə edirik.