For questions regarding the schedule of arriving and departing flights, please contact Helpdesk at the Heydar Aliyev International Airport, which operate around the clock, by calling: (+994 12) 497 27 27
Your feedback is very important to us. If you have any questions, we will contact you shortly.
31 March 2026
Heydər Əliyev Beynəlxalq Aeroportu bir daha regionun aparıcı hava limanı statusunu təsdiqləyərək “Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı” nominasiyasında nüfuzlu “Skytrax World Airport Awards 2026” mükafatına layiq görülüb. Mükafat martın 18-də Böyük Britaniyanın London şəhərində, “Passenger Terminal Expo World” (PTE World) sərgisi çərçivəsində keçirilən rəsmi mərasim zamanı təqdim olunub.
“World Airport Awards” aviasiya sənayesində ən nüfuzlu beynəlxalq mükafatlardan biri hesab olunur və dünya üzrə sərnişinlər arasında keçirilən ən böyük illik müstəqil sorğu əsasında müəyyən edilir. 1999-cu ildən təqdim olunan bu mükafatlar 565-dən çox hava limanında sərnişin təcrübəsini qiymətləndirən genişmiqyaslı sorğulara əsaslanır. Sorğuda müxtəlif ölkələrdən minlərlə sərnişin iştirak edir və nəticələr hava limanlarının hər hansı təsiri olmadan müstəqil şəkildə formalaşdırılır.
Qiymətləndirmə zamanı sərnişin təcrübəsinin bütün əsas mərhələləri – qeydiyyat, təhlükəsizlik və pasport nəzarəti, tranzit zonaları, alış-veriş və xidmət sahələri, eləcə də minik prosesinə qədər bütün xidmət infrastrukturu nəzərə alınır.
Heydər Əliyev Beynəlxalq Aeroportunun ardıcıl olaraq bu mükafata layiq görülməsi hava limanının inkişaf edən xidmət standartlarının, davamlı inkişaf strategiyasının və regional liderlik mövqeyinin növbəti təsdiqidir. Müasir infrastrukturu, sərnişin yönümlü xidmət modeli və innovativ texnoloji həlləri ilə hava limanı regionun önəmli aviasiya qovşaqlarından biri kimi mövqeyini gücləndirməyə davam edir.